Dünya

İranlı general Suriyada öldürüldü – Əsədin hərbi müşaviri idi

İranlı general Suriyada öldürüldü – Əsədin hərbi müşaviri idibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran ordusunun (SEPAH) Quru Qoşunlarının yüksək vəzifəli hərbçisi general Əbülfəzl Əlicani Suriyada öldürülüb.

Bu barədə İranın ingilisdilli xəbər kanalı PRESS TV məlumat yayıb.

Mənbə Əlicanini “Əsəd rejiminin hərbi müşaviri” kimi təqdim edib.

İranlı generalın dünən Suriyada həyatını itirdiyi bildirilib.

İsfahan şəhərindəki Hərbi Elmlər Universitetində də xidmət edən generalın cənazəsinin İrana aparılacağı deyilsə də, ölüm səbəbi ilə bağlı təfərrüat verilməyib./Teleqraf.com