İrəvanın Respublika meydanında mitinq keçirilir.
7times xəbər verir ki, aksiya iştirakçıları Nikol Paşinyanın imzalamağa hazır olduğunu bildirdiyi Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası və demarkasiyasına dair sənədi dərc etməyi tələb edir. Aksiya dinc xarakter daşıyır.
“Təşəbbüs tərəfsizdir, milli xarakter daşıyır. Nikol Paşinyan bəyan edib ki, Ermənistanın Azərbaycan arasında demarkasiyası ilə bağlı ona üç təklif gəlib və bu yaxınlarda dördüncü variant verilib, o da qəbul edib. Paşinyan dəfələrlə bəyan edib ki, Qarabağ məsələsi və sülhlə bağlı istənilən qərar barədə xalqa məlumat verəcək. Biz bu gün sənədin məzmununun açıqlanmasını tələb etmək üçün buradayıq”, deyə etirazçılardan biri bidirib.
Aksiya iştirakçıları hökumətə ünvanlanmış müraciəti oxuyub. Qeyd olunub ki, sənədlə bağlı əsaslı şübhələri var, həyati əhəmiyyətli ərazilər, strateji yollar və yüksəkliklər Ermənistandan alınıb qarşı tərəfə veriləcək və Qarabağ Azərbaycanın bir hissəsi kimi tanınacaq:
“Məsələ ilə bağlı narahatlığımız artır, çünki sənədin məzmununu üzə çıxarmağa yönəlmiş parlament-parlamentdənkənar təşəbbüslər uğursuzluğa düçar olur. Ermənistan Respublikasının ərazisinin dəyişdirilməsi ilə bağlı məsələlər müstəsna olaraq referendum yolu ilə həll edilir. Qarabağın Azərbaycan adına imza atılacaq hər hansı sənəd Ermənistan üçün qəbuledilməzdir. Bu sənədin məzmununu təqdim etməyi tələb edirik”.
Müraciət müəyyən olunmuş qaydada hökumətə təqdim olunacaq. Aksiyaçılar eyni tələblə prezident aparatına və Milli Məclisə gedəcək.
Qaynarinfo
Follow @7timesaz