Siyasət

““İskəndər” raketləri Azərbaycana Ermənistandan atılıb” – Rus hərbi ekspert

““İskəndər” raketləri Azərbaycana Ermənistandan atılıb” – Rus hərbi ekspertbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı hərbi eskpert Viktor Litovkin Ermənistan Baş naziri Nikol Paşinyanın “İskəndər” raket kompleksləri haqqında səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirib.

7times.az xəbər verir ki, ekspert “1in.am” saytına açıqlamasında bildirib ki, Paşinyanın “İskəndər” raket kompleksi ilə bağlı səsləndirdiyi fikirlər bir dövlət lideri olaraq müharibədəki uğursuzluğunu ört-basdır etmək cəhdidir.

Bundan əlavə, ekspert “İskəndər” raketlərinin etibarlı bir silah olduğunu, ancaq döyüşə hazır vəziyyətdə saxlanılmalı və mütəmadi texniki dəstək göstərilməli olduğunu bildirib.

“Ermənistan Silahlı Qüvvələrində qarışıqlıq və hərc-mərclik, xidmətin düzgün qurulmaması, Ermənistanın raket bölmələrinin hərbçilərinin aşağı ixtisas dərəcələrini nəzərə aldıqda komplekslərin anbarlarda toz yığdığını və lazımi texniki dəstək görmədiyini əminliklə deyə bilərik. Bu komplekslərin döyüş istifadəsinə dair təlimlər keçirilməyib və ya etinasız keçirilib”,- deyə ekspert qeyd edib.

Mütəxəssis həmçinin “İskəndər” raketlərinin Azərbaycana Dağlıq Qarabağ ərazisindən deyil, Ermənistan ərazisindən buraxıldığını bildirib. Ekspert qeyd edib ki, bu öz növbəsində bölgədə Rusiya və Türkiyənin də birbaşa cəlb olunduğu daha geniş münaqişəyə səbəb ola bilərdi.

Xatırladaq ki, N. Paşinyan “1in.am” saytına müsahibəsində İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı “İskəndər” raketindən istifadə etdiyini etiraf edib. O, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın Azərbaycanla müharibənin 3-4-cü günündə nə üçün “İskəndər” raketindən istifadə edilməməsi ilə bağlı ittihamına cavabında bildirib ki, müharibədə əslində “İskəndər”dən istifadə olunub, amma raket partlamayıb:

“Bu ittiham yəqin ki, mənə ünvanlanıb. Ancaq düşünürəm ki, cavabını bildikləri sualları verməməlidirlər. Buyurub, cavab versinlər, atılan “İskəndər” niyə partlamadı, yaxud 10%-i partladı? Bəlkə o raket 80-ci illərin silahı idi?”. qafqazinfo