Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Fransa yığmaları arasında yarımfinal oyununun (2:1) ən yaxşı futbolçusu bəlli olub.
7Times.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispanların hücumçusu Lamin Yamal görüşün ən yaxşı oyunçusu adına layiq görülüb.
16 yaşlı futbolçu 21-ci dəqiqədə komandasının bərabərlik qolunun müəllifi olub.
Qeyd edək ki, L.Yamal həmçinin Avropa çempionatları tarixinin qol vuran ən gənc futbolçusu adını qazanıb.
Follow @7timesaz