Aktual

İsrail atəşkəsin şərtləri ilə RAZILAŞDI

İsrail atəşkəsin şərtləri ilə RAZILAŞDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Qəzza zolağında təklif olunan atəşkəsin şərtləri ilə razılaşıb.

 

7Times.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumatda hazırda Fələstin tərəfdən cavabın gözlənildiyi vurğulanır. “Misirdəki mənbə İsrailin Qəzzada təklif olunan atəşkəsə razı olduğunu iddia edir, Qahirə Fələstindən cavab gözləyir”, – bəyanatda deyilir.

 

Xatırladaq ki, “İslami Cihad” terrorçuları avqustun 5-dən bu günə kimi 580-dən çox raket atıblar. Bunlardan 470-i İsrail ərazisinə çatıb, 120-si Qəzza zolağına düşüb. Bəzi raketlər İsrail yaşayış məntəqələri ərazisində partlayıb. Ölən və yaralananlar barədə məlumat verilmir. Hərbçilər əhalinin məskunlaşdığı ərazilərə atılan raketlərin zərərsizləşdirilməsində 97 % səmərəlilik nümayiş etdirdiklərini bildiriblər. Hazırda raket hücumları davam edir. Publika.az