Aktual

İsrail müharibə ilə bağlı mövqe dəyişdi – “Biganə qalmaq mümkün deyil”

İsrail müharibə ilə bağlı mövqe dəyişdi – “Biganə qalmaq mümkün deyil”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyev vilayətinin Buça, İrpen və Qostomel şəhərlərində Rusiya ordusunun vəhşilikləri bütün dünyanı sarsıdıb. 

“Unikal” xəbər verir ki, bu barədə məlumatında “Unian” bildirir ki, hətta bu müharibədə faktiki olaraq neytrallığı seçən İsrail də Rusiya Federasiyasının hərəkətlərini qəsdən törədilmiş hərbi cinayət adlandırıb.

İsrailin xarici işlər naziri Yair Lapid sosial şəbəkədə müvafiq bəyanat yayıb: “Rusiya ordusunun çıxarılmasından sonra Kiyev yaxınlığındakı Buça şəhərindən gələn dəhşətli görüntülərə biganə qalmaq mümkün deyil. Mülki əhaliyə qəsdən zərər vurmaq müharibə cinayətidir və mən bunu qətiyyətlə pisləyirəm”.