Ölkə

İstanbuldan Bakıya 17 kq qızıl gətirmək istədi 

İstanbuldan Bakıya 17 kq qızıl gətirmək istədibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbuldan Bakıya gələn sərnişində 17 kq qızıl-zinət əşyaları aşkar edilib.

 

Bu barədə 7Times.az –a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

 

Bildirilib ki, Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları daxil olan əməliyyat məlumatı əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yüklərinə baxış keçirib.

 

Baxış zamanı əl yüklərindən 6 qutuda qablaşdırılmış, ümumilikdə təqribi çəkisi 17 kq təşkil edən qızıl-zinət əşyaları aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.