Siyasət

“İtaliya azad olunmuş ərazilərdə fəaliyyətini fəal sürətdə davam etdirəcək” – Səfir

“İtaliya azad olunmuş ərazilərdə fəaliyyətini fəal sürətdə davam etdirəcək” – Səfirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İtaliya Azərbaycanın azad olunmuş ərazilərində yenidənqurma işlərinə yaxından cəlb olunub. Bu fəaliyyət bundan sonra da fəal sürətdə davam edəcək”.

7times.az xəbər verir ki, bunu İtaliyanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri mayın 12-də etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən deyib.

O, İtaliya Prezidenti Sercio Mattarellanın salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev İtaliya Prezidentinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İtaliyanın dövlət başçısına çatdırmağı xahiş edib.

Azərbaycanla İtaliyanın dost və strateji tərəfdaşlar olduğunu deyən Klaudio Taffuri ölkəmizə səfir təyin edilməsindən məmnunluğunu bildirib, fəaliyyəti dövründə ikitərəfli əlaqələrimizin daha gücləndirilməsi üçün səylərini əsirgəməyəcini deyib.

Səfir Prezident İlham Əliyevin 2020-ci ildə İtaliyaya dövlət səfərini xüsusilə qeyd edərək ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu bildirib.