Aktual

İtaliyada fövqəladə vəziyyət – Səbəb quraqlıqdır

İtaliyada fövqəladə vəziyyət – Səbəb quraqlıqdırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyada Po çayının keçdiyi 5 bölgədə fövqəladə vəziyyət elan edilib.

Sfera.az bildirir ki, buna səbəb ölkədə son 70 ilin ən pis quraqlığı ilə üzləşməsi olub. Qeyd olunub ki, su qıtlığının öhdəsindən gəlmək üçün Emilia-Romagna, Friuli Venezia Giulia, Lombardsia, Piedmont və Veneto bölgələrinin hər birinə büdcədən təcili 36,5 milyon avro veriləcək.

 

Coldiretti kənd təsərrüfatı ittifaqının məlumatına görə, quraqlıq ölkənin kənd təsərrüfatı istehsalının 30%-ni təhdid edib. Bəzi bələdiyyələr də suyun məhdudlaşdırılması tədbirləri elan ediblər.

Bildirilib ki, həddindən artıq isti hava və qış, o cümlədən yazdakı az yağış su qıtlığını daha da pisləşdirib. İtaliya hökuməti, fövqəladə vəziyyət qərarının mövcud vəziyyəti idarə etmək məqsədi daşıdığını açıqlayıb. Hökumət həmçinin bəyan edib ki, vəziyyət düzəlməzsə, əlavə tədbirlər görülə bilər.

 

Qeyd edək ki, Po İtaliyanın ən uzun çayıdır və 650 kilometrdən çox şərqə doğru axır.