Qarabağ

Kanada Senatından ermənilərə zərbə

Kanada Senatından ermənilərə zərbəbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadada qondarma “Dağlıq Qarabağ Respublikası”nın (“DQR”) müstəqilliyinin tanınması bir neçə saat öncə gözlənilmədən Senatda müzakirəyə çıxarılıb və rədd edilib.

7times.az xəbər verir ki, bu barədə Kanada Senatının rəsmi “Twitter” səhifəsində bildirilib.

Qeyd olunub ki, 53 senator qətnamə layihəsinin əleyhinə, 16 senator lehinə səs verib, 5 senator isə bitərəf qalıb.

Qondarma “DQR”-in müstəqilliyinin tanınmasını nəzərdə tutan qətnamə layihəsinin müəllifi, ermənipərəst senator Leo Housakos bunu erməni xalqı üçün kədərli gün adlandırıb.