Ölkə

Keçmiş “OMON”çular əfvə düşə bilərmi? – AÇIQLAMA

Keçmiş “OMON”çular əfvə düşə bilərmi? – AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda Novruz bayramı ərəfəsində əfv fərmanının veriləcəyi ilə bağlı gözləntilər var.

7times.az xəbər verir ki, dünən Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

İclasda əfvlə bağlı 100-dən çox məhkum və yaxınlarının müraciətinə baxılıb.

Bildirilib ki, bununla da komissiyada baxılan müraciətlərin sayı 850-ni ötüb.

Məlumdur ki, qanunsuz silahlı birləşmələrdə iştirak, dövlətə xəyanət ittihamları ömürlük həbs cəzasına məhkum olunan sabiq “OMON”-çular Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovun artıq 25 ilə yaxın bir müddətdir ki, həbsdədirlər və hər əfv fərmanı ərəfəsində onların azadlığa buraxılması ilə bağlı məsələ müzakirə olunur.

Bu dəfə sabiq “OMON”-çuların əfv ediləcəyi gözlənilə bilərmi?

OMON-çuların vəkili Elçin Sadıqov bildirib ki, hər dəfə əfv fərmanı verilən zaman sabiq “OMON”-çuların əfvə düşəcəyinə ümid edir:

“Təəssüf ki, indiyədək əfvə düşməyiblər, halbuki onların səhhətləri həddindən artıq pisdir. Artıq həmin şəxslər ölümcül xəstədirlər. Bu dəfə də ümidimiz çoxdur ki, həmin şəxslər əfvə düşəcək. Onların 25 ilə yaxın müddətdə cəza çəkdiklərinin nəzərə alınacağını düşünürük.

2004-cü ildən həmin şəxslər siyasi məhbus siyahısına düşüblər. Həmin il siyasi məhbus hesab olunan şəxslər azadlığa buraxılsa da, onlar buraxılmayıb. Bu ildən sonra da həmin şəxslərin azadlığa buraxılacağına ümidlər olub”.

Əfv komissiyasına müraciət olunubmu?

Vəkil bildirib ki, həm məhkumların özləri, həm hüquq müdafiəçiləri, həm də vəkilin özü tərəfindən komissiyaya müraciət olunub:

“Özüm də müraciət etmişəm ki, cənab Prezident onları əfv etsin”.

Cebhe.info