İdman

Kərim Benzema “Qızıl top” mükafatını qazanıb

Kərim Benzema “Qızıl top” mükafatını qazanıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

66-cı dəfə ilin ən yaxşı futbolçusu üçün təsis olunan “Qızıl top” mükafatının sahibi müəyyənləşib.

7times.az xəbər verir ki, məşhur “France Football” nəşrinin keçirdiyi səsvermənin qalibi adına Kərim Benzema yiyələnib.

2022-ci ilin qalibinin adı Fransanın paytaxtı Parisdə keçirilən tədbirdə açıqlanıb. “Şatle” teatrında təşkil olunan mərasimdə “Real”ın fransalı hücumçusu mükafatına qovuşub. Ona mükafatı keçmiş baş məşqçisi, əfsanəvi fransalı Zinəddin Zidan təltif edib.

“France Football”ın səsverməsində “Bavariya”nın seneqallı forvardı Sadio Mane 2-ci, “Mançester Siti”nin belçikalı yarımmüdafiəçisi Kevin De Bruyne isə 3-cü olub. Bu “üçlük”lə yanaşı, namizədlər sırasında olan “Barselona”nın polşalı hücumçusu Robert Levandovski 4-cü yeri tutub.

Qeyd edək ki, 1956-cı ildən ən yaxşıya təqdim olunan “Qızıl top” 2010-15-ci illərdə FIFA və “France Football”ın birgə təşkilatçılığı ilə sahibini tapıb.