Cəmiyyət

“Kiçik və böyük summativ qiymətləndirmələr birləşdiriləcək” – Təhsil naziri

“Kiçik və böyük summativ qiymətləndirmələr birləşdiriləcək” – Təhsil naziribackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məktəblərdə kiçik və böyük summativ qiymətləndirmələr birləşdiriləcək”.

7times.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib. Nazir qeyd edib ki, summativ testlərin əyani formada keçirilməsi planlaşdırılır:

“Pandemiya ilə bağlı vəziyyət obyektiv qiymətləndiriləcək və çalışacağıq ki, proses məktəb çərçivəsində həyata keçirilsin. Kiçik və böyük summativ qiymətləndirmələr birləşdiriləcək. İlin sonunda şagirdlərə daha az yük düşmək şərti ilə bir dəfə qiymətləndirilmə keçiriləcək. Nəticə olaraq, yarım ilin qiymətinin çıxarılması planlaşdırılır”.