Texasdan olan amerikalı tədqiqatçılar, kişilərin qadınları seçdiklərini və hansılardan qaçdığını tapıblar.
“Medicina” xəbər verir ki, güclü cinsin nümayəndələri özlərinin yanında ağıllı həyat yoldaşı görmək istədiklərini deməklərinə baxmayaraq, ağıllı qadınlardan qorxurlar.
Kişilər onlardan daha ağıllı bir qızla görüşməyə hazır olduqlarını bildirsələr də, əslində seçimləri bunun əksi olacaq.
Bundan əlavə, eksperiment göstərib ki, əvvəlcə ağıllı qadınlara maraq göstərən kişilər, onlardan daha ağıllı olduqlarını öyrəndikdən sonra onlardan uzaqlaşmağa və hətta onları əvvəlkindən daha az cəlbedici hiss etməyə başlayıb.
Beləliklə, alimlər qadının zəkasının münasibətlər üçün vacib olduğunu sübut ediblər.
Həmçinin tədqiqat Buffalo Universiteti, Kaliforniya Lüteran Universiteti və Texas Universitetinin (hamısı ABŞ) psixoloqları tərəfindən aparılıb. Burada 105 kişi iştirak edib, onlara bir neçə riyazi məsələ və test həll etmək tapşırılıb.
Daha sonra iştirakçılardan onlardan həm yaxşı, həm də daha pis çıxış edən bir neçə qadının cəlbediciliyini qiymətləndirmələri istəndi.
Tədqiqatda qeyd edilir: “İlkin vaxtlarda kişilər özlərindən daha çox intellekt nümayiş etdirən qadınlara daha çox maraq göstərdilər”.
Ancaq sonra kişilər ağıllı qadınlarla şəxsən ünsiyyət qurduqda, bədən dili ilə belə qadınların daha az cəlbedici olduğunu nümayiş etdirib.
Kişilər, ağıllı qadınlardan daha çox fiziki məsafə saxlayır, görüşmək ehtimalı azdır. Tədqiqatçıların fikrincə, ağıllı qadınla ünsiyyət güclü cinsin nümayəndələrini “kişilikdən sala bilər”.
Bu arada, Daily Mail qeyd edir ki, hazırkı nəticələr əvvəllər aparılan digər təcrübələrə ziddir. Bir neçə ay əvvəl britaniyalı alimlər müəyyən ediblər ki, kişilərin fikrincə, qadının intellekti yaxşı analıq keyfiyyətlərindən danışır.
Kembric Universitetindən Devid Beynbricin sözlərinə görə, kişinin diqqət yetirdiyi əsas şey zəkadır. Bunu getdikcə daha çox araşdırma göstərir.
Follow @7timesaz