Ermənistanın keçmiş prezidenti Robert Koçaryan koronavirusa yoluxub.
7times.az xəbər verir ki, bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.
R.Koçaryanın ofisindən bildirilib ki, o, özünütəcridə yollandığı üçün Moskvaya səfəri təxirə salınıb.
Xatırladaq ki, R.Koçaryan Rusiya elitası ilə Qarabağ məsələsini müzakirə üçün Moskvaya səfər etməyi planlaşdırırdı.
Follow @7timesaz