Ölkə

Köhnə Xaçmaz kəndində sakinlərin müraciət və təklifləri dinlənilib – FOTOLAR

Köhnə Xaçmaz kəndində sakinlərin müraciət və təklifləri dinlənilib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Köhnə Xaçmaz kəndində növbəti səyyar qəbulunu keçirib.
Qəbulda Müşkür İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Köhnə Xaçmaz, Müşfiq, Müzəffəroba, Xaspoladoba, Əzizli, Gəncəli, Bəbəli və Müşkür kəndlərinin sakinləri iştirak edib.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli ilə bağlı görülən işlərə görə təşəkkürlərini bildiriblər. Həmçinin, yolların təmiri, elektrik təsərrüfatının yenilənməsi, su təchizatının yaxşılaşdırılması və digər məsələlərlə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.