İdman

Komanda yoldaşı Teymur Rəcəbovu qınadı: “İki əli qanda olsa belə…”

Komanda yoldaşı Teymur Rəcəbovu qınadı: “İki əli qanda olsa belə…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 44-cü Ümumdünya Şahmat Olimpiadasında millinin heyətində iştirak etməyəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı şahmat üzrə milli komandanın üzvü qrossmeyster Vasif Durarbəyli sosial şəbəkə hesabında paylaşıb.
Vasif Durarbəyli Teymur Rəcəbovu vətənpərvər olmamaqda qınayıb.
Qrossmeysterin Teymur Rəcəbov haqqında yazdığı “statusu” təqdim edirik:
“Komanda yoldaşı ilə problem olmasın deyə uzun müddətdir bu mövzuda fikir yazmaqdan yayınırdım. Birdən bəs Teymur Rəcəbov fikrini dəyişər və millidə oynayar amma bu baş vermədi. Adının nə qoyulacağını tezliklə bilərik.
Bu dəfə Azərbaycanın ilk olimpiya medalı qazanmaq üçün tarixi şansı yaranmışdı. Prinsipcə hələ də itməyib, lakin açıq danışmaq lazımdırsa Azərbaycanda Rəcəbovu əvəzləyəcək şahmatçı yoxdur və onun getməməsi medal şansını xeyli azaldır.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, Rəcəbovun bu mövqeyə yetməsi üçün dövlət milyonlar xərcləyib. Təbii ki, belə borcu ödəmək mümkünsüzdür. Fəqət, ən azından şəxsi şahmata davam edilən müddətdə yığmada oynamaq şərtdir. Şəxsi turnirlərdə hər kəs sırf öz mənfəəti ,yığmada isə ümumi xeyir üçün iştirak edir.
Kimi Məmməd Arazın “Vətən mən oğul desə nə dərdim, mamır olub qayasında bitərdim”, kəlamını əyani həyatımızda nümayiş etdirir.
Kimi də Rəcəbov kimi milyonlarla yatırım alır amma sonsuz mənəvi məsuliyyətinin olduğunu görünür dərk etmir. 2019-da son anda yorğunluq bəhanə edib komandanı yarı yolda qoymaq, 2021-də 8 oyun mübarizəsiz heç- heçələr, indiki imtina və hələ bildiyim amma bölüşmədiyim bir çox qeyri-ictimai məlumatlar mənə bunu deməyə əsas verir.
Qısası, məncə Rəcəbov iki əli qanda olsa belə özünü bu olimpiadaya yetirməli idi! Etmədiyinə görə də onu qınayıram”.

Məlumat üçün bildirək ki, Teymur Rəcəbov bu ilin əvvəlində Rusiyanın Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə evlənib. Bu Teymurun ikinci evliliyidir. Teymur Rəcəbov 2011-ci ildə Elnarə Nəsirli ilə ailə qurub.  Bir müddət əvvəl isə cütlük boşansa da, bu barədə mətbuatda heç bir məlumat dərc olunmayıb. Onların Məryəm adlı bir övladı var.
Xatırladaq ki, Elnarə Nəsirli SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun qızıdır.