Cəmiyyət

Kommunal xərclərlə bağlı əhaliyə VACİB XƏBƏR – Qiymətlər…

Kommunal xərclərlə bağlı əhaliyə VACİB XƏBƏR – Qiymətlər…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərenerji” ASC 2022-ci ili 436 milyon 506 min manat xalis mənfəət ilə başa vurub. Ötən şirkətin xalis mənfəəti təxminən 3 dəfə və ya 289 milyon 279 min manat artıb. “Azərenerji”nin satışdan gəlirləri 2021-ci ildə 1 milyard 280 milyon 912 min manat ikən, 2022-ci ildə 1 milyard 840 milyon 564 min manata yüksəlib (559 milyon 652 min manat və ya 43,7% artıb).

7Times.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, dövlət şirkətlərinin yüksək mənfəətlə işləməsi doğru deyil: “Düzdür, dövlət şirkətləri öz xərclərini ödəməli, ziyanla işləməməlidirlər. Biz hamımız, faktiki olaraq o şirkətin “səhmdarıyıq”, vətəndaşlardan yığılan vergi hesabına büdcədən illərdir “Azərenerji”yə yüzmilyonlarla vəsait ayrılıb, alt yapısı qurulub, avadınlıqlar alınıb, xəttlər çəkilib, təmir işləri görülüb. Deməli hamımız bu işdə pay sahibiyik”.

Ekspert bildirir ki, şirkət mənfəətə çıxıbsa, deməli öz “səhmdarları” – vətəndaşlarla bu mənfəəti bölüşməlidir: “Yəni, şirkət əhali üçün topdan satdığı enerji qiymətlərini azı 15-20% aşağı sala bilə. Bu zaman dövlətin əlində olan digər pərakəndə paylayıcı şirkətlər də qiyməti ucuzlaşdırmalıdır”.

“Bu işin iqtisadi fəlsəfəsi budur – ziyan edəndə hamımız ziyanı vergilərlə ödəyiriksə, xalis mənfəətdə də əhalinin qiymət endirimi ilə payı olmalıdır”, – deyə N.Cəfərli əlavə edib. /ölkə.az