Ölkə

Kriminal aləmin “Eban”ı həbs edildi

Kriminal aləmin “Eban”ı həbs edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsi saxlayıb.

Saxlanılan İmişli sakini, 53 yaşlı Eldəniz Nəsirov yaşadığı ünvana keçirilən baxış zamanı oradan 6 kiloqrama yaxın marixuana və 910 qram heroin aşkar edilərək götürülüb.

“7Times.az”ın əldə etdiyi məlumata görə, həmin narkotacir kriminal aləmdə “Eban” ləqəbi ilə tanınır.

Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Onu da bildirək ki, “Eban” bundan əvvəl də müxtəlif cinayətlərə görə yeddi dəfə məhkum olunub.