İdman

Kriştiano Ronaldo İtaliyaya qayıdır? – SON XƏBƏR

Kriştiano Ronaldo İtaliyaya qayıdır? – SON XƏBƏRbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mançester Yunayted”dəki gələcəyi maraq doğuran Kriştiano Ronaldo ilə bağlı maraqlı xəbər yayılıb.

7Times.az bildirir ki, İtaliya mətbuatı dünyaca məşhur futbolçu ilə bağlı transfer iddiası ilə çıxış edib. 37 yaşlı super ulduzun yeni ünvanı bəlli olub. Xəbərin təfərrüatları budur…

“Yuventus”dan ayrıldıqdan sonra “Mançester Siti”yə keçəcəyi gözlənilən, lakin Aleks Ferqyusonun müdaxiləsi ilə “Mançester Yunayted”ə qayıdan Kriştianu Ronaldo Premyer Liqa nəhəngi ilə 2023-cü ilə qədər müqavilə imzalayıb. Dünya şöhrətli futbolçunun müqaviləsi 2022-2023-cü il mövsümünün sonunda başa çatacaq.

 

37 yaşlı ulduz futbolçu bu mövsüm 39 oyunda meydana çıxmaq şansı qazanıb. Kriştiano Ronaldo bu qarşılaşmalarda 24 dəfə rəqib qapılarına yol tapıb. O, komanda yoldaşlarına 3 qol ötürməsi də verib.

İngiltərə nəhəngi “Mançester Yunayted”də mövsüm bitdikdən sonra yeni baş məşqçi açıqlanıb. “Qırmızı şeytanlar” Erik ten Haqla anlaşıb. Təcrübəli texniki adamın Kriştiano Ronaldonu komandada saxlamaq istədiyi öyrənilib. 37 yaşlı ulduzun isə “Mançester Yunayted”dən ayrılmaq istədiyi bildirilir.

Ötən həftələrdə Kriştiano Ronaldo ilə bağlı flaş transfer iddiası ortaya atılıb. Fransa nəhəngi PSJ-nin 37 yaşlı oyunçunu transfer etmək istəməsi ilə bağlı iddialar gündəmə gəlib. Kriştiano Ronaldonun PSJ-dən gələn transfer təklifini qəbul etmədiyi vurğulanıb.

“Mançester Yunayted”dən ayrılacağı gözlənilən Kriştianu Ronaldo ilə bağlı son dəqiqə xəbərini yayıb. İtaliyanın “Tancredi Palmieri” qəzeti Kriştiano Ronaldonun yeni ünvanını açıqlayıb.

UEFA Avropa Konfrans Liqasının qalibi olan “Roma”nın 37 yaşlı ulduzu transfer etmək istədiyi öyrənilib. Qeyd olunub ki, Joze Mourinyo da portuqaliyalının transferinə icazə verib. Portuqaliyalı futbolçu ilə “Roma” arasında hətta transfer görüşü baş tutduğu da bildirilib.