“Hazırda yaxın zamanlarda KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasının keçirilməsi məsələsi nəzərdən keçirilir”.
“7times.az” xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova deyib.
“Təşkilata üzv ölkələrin liderləri qarşıdakı videokonfrans formatında keçiriləcək görüş zamanı KTMT missiyasının Ermənistandakı işinin nəticələrini müzakirə edəcəklər”, – deyə Zaxarova söyləyib.
Onun sözlərinə görə, tərəflər iclas zamanı İrəvana yardım göstərməyə dair birgə tədbirlərlə bağlı təklifləri nəzərdən keçirməlidirlər.
Follow @7timesaz