Siyasət

“KTMT üzv dövlətlərə açıq-aşkar təcavüz olanda kömək edir” – Aleksandr Pankin

“KTMT üzv dövlətlərə açıq-aşkar təcavüz olanda kömək edir” – Aleksandr Pankinbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hələ ki, münaqişə Dağlıq Qarabağ ərazisində gedir və Ermənistan ərazisinə keçməyib, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müdaxiləsindən danışmaq düzgün deyil”.

7times.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər nazirinin müavini Aleksandr Pankin deyib.

“Ermənistandan rəsmi sorğu gəlməyib. KTMT üzv dövlətlərə müəyyən vəziyyətlərdə, açıq-aşkar təcavüz olanda kömək edir. Hələlik söhbət Dağlıq Qarabağdan gedir, hansı ki, həmin ermənilər tərəfindən ora öz əraziləri kimi tanınmayıb və yəqin ki, tanına da bilməz. KTMT-nin müdafiə potensialının müdaxiləsindən danışmaq düzgün deyil”, – deyə rusiyalı nazir müavini vurğulayıb. (APA)