Ölkə

Küləklə bağlı gəmilərə xəbərdarlıq edildi

Küləklə bağlı gəmilərə xəbərdarlıq edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

 

Bu barədə 7Times.az-a Agentliyə istinadən xəbər verir.

 

Xəbərdarlığa əsasən, fevralın 20-dən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi fevralın 22-si səhər saatlarına kimi davam edəcək.

 

Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, fevralın 21-də açıq dənizdə isə arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

 

Dalğanın hündürlüyü: 2-3 metr, sonrakı inkişafda 5-7 metrə çatacağı proqnozlaşdırılır.