Region

Kürdəmirdə dələduzluqda şübhəli bilinən şəxs XƏSTƏXANADA ÖLDÜ 

Kürdəmirdə dələduzluqda şübhəli bilinən şəxs XƏSTƏXANADA ÖLDÜbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdəmir rayonunda dələduzluq əməlində şübhəli bilinən şəxs bu gün xəstəxanada ölüb.

DİN-in mətbuat xidmətinin regional qrupundan Bizim.Media-ya bildirilib ki, Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə şübhəli bilinən Oktay Əliyev bu gün barəsində aparılan cinayət işi ilə əlaqədar rayon polis şöbəsinə dəvət edilib.

Prosessual qanunvericiliyə uyğun olaraq vəkilin iştirakı ilə dindirildikdən sonra saat 21 radələrində onun halı qəfil pisləşdiyi üçün təcili tibbi yardım çağırılıb və həkim müşayəti ilə xəstəxanaya yerləşdirilib. O, bütün tibbi müdaxilələrə baxmayaraq ürək tutmasından vəfat edib.

Araşdırma aparılır.