Kuryeri döyən Melkumyana cinayət işi açıldı

Kuryeri döyən Melkumyana cinayət işi açıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada sərbəst güləş üzrə məşqçi Arsen Melkumyan sifariş etdiyi pizzanın pulunu ödəmək istəməyib və kuryeri döyüb.

7times.az xəbər verir ki, bu barədə teleqram kanalları məlumat yayıb. 24 yaşlı məşqçi sifarişini qəbul etdikdən sonra kuryerin üzünə vurub. Bundan sonra isə mənzilinə çəkilib. Döyülən şəxs hüquq-mühafizə orqanlarına müraciət edib. Polis Melkumyanı saxlayıb.

Məlum olub ki, onun xırda xuliqanlıq və polis əməkdaşının qanuni əmrinə tabe olmamaq kimi bir neçə inzibati xətaları var. Melkumyana qarşı “soyğunçuluq” maddəsi üzrə cinayət işi açılıb. /Qafqazinfo.az