Aktual

Laçındakı hay dükan sahibi öz biznesini alternativ yoldakı kəndlərə köçürmək istəyir…

Laçındakı hay dükan sahibi öz biznesini alternativ yoldakı kəndlərə köçürmək istəyir…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“İnanırıq ki, Azərbaycan dövləti bu prosesi ciddi nəzarət altında saxlayacaq və torpaqlarımızdan köçməli olan ermənilərin yenidən xaotik şəkildə – öz istədikləri kimi  digər ərazilərimizdə qanunsuz məskunlaşmasının qarşısını alacaq…”

 

Laçın şəhərinin işğaldan öncə sakinlərin “poçt” adlandırdlqları hazırkı mərkəzi meydanındakı mağazanın sahibi, bu Azərbaycan torpağında qanunsuz(!) məskunlaşmış Larisa Ayrapetyan ailəsinin Ermənistana yeni  alternativ yolun keçdiyi Şuşa rayonunun Böyük  və ya Kiçik Qaladərəsi kəndinə köçə biləcəyini dilə gətirib.
Moderator.az xəbər verir ki, hay qadın bu haqda xarici jurnalistlərə açıqlamasında bildirib.
Məlum olub ki, Ayrapetyanlar ailəsi 20 ildən artıqdır, Laçında ticarətlə məşğuldurlar. 44 günlük müharibədən əvvəl onların şəhərdə bir neçə satış məntəqəsi olub. Amma savaşdan sonra haylar az qaldığından  hazırda qəsbkar iş adamlarının da yalnız bir dükanları işləyir.
“Biz  Qarabağda qalmağı və bütün biznesimizi yeni yola köçürməyi planlaşdırırıq. Düşünürük ki, bu, ailəmiz üçün faydalı olacaq. Və əgər həmin yol tam işlək olsa, yaxşı gəlir qazanmağa ümid edirik” -deyə erməni qadın bildirib.
L. Ayrapetyan qeyd edib ki, Laçında qaldıqları evi yandırmayacaqlar.
“Bizə xəbərdarlıq edilib və  həm də özümüz hökumətin qərarını pozmaq istəmirik… Verilən sertifikat və kompensasiya əsasında mənzil ala biləcəyimizə isə inanmırıq” -deyən hay qadın əlavə edib ki, bu, cüzi bir məbləğ olduğundan onunla Ermənistanın şəhərlərində,  yaxud Xankəndində layiqli ev almaq mümkün deyil”.
Zəruri şərh:
Ötən yazılarımızda da xatırlatdığımız kimi, artıq Laçın və Zabuxda daha bir neçə qanunsuz(!) məskunlaşmış hay ailəsi Qarabağa, o cümlədən Şuşa rayonunun alternativ yol üzərindəki kəndlərinə köçmək arzusunu ifadə edir. İnanırıq ki, Azərbaycan dövləti bu prosesi ciddi nəzarət altında saxlayacaq və torpaqlarımızdan köçməli olan ermənilərin yenidən xaotik şəkildə – öz istədikləri kimi  digər ərazilərimizdə qanunsuz məskunlaşmasının qarşısını alacaq. İstər Qarabağ və ya Şərqi Zəngəzurda qanunsuz məskunlaşmış, istərsə də işğaldan öncə Azərbaycan vətəndaşı kimi ərazilərimizdə yaşamış ermənilər ciddi şəkildə filtrasiyadan keçirilməli, onların qanunsuz silahlı birləşmələr və ya Ermənistan ordusu tərkibində Azərbaycan torpaqlarının işğalında, soydaşlarımızın qətliamında iştirak edib-etməməsi araşdırılmalıdır…