Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə deputat mandatı qazanan xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu deputat mandatından imtina ediblər.
7times.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə məlumatı prezidentin köməkçisi Dmitri Peskov söyləyib.
Lavrov və Şoyqu “Vahid Rusiya” partiyasının seçki siyahısından deputat seçilmişdilər.
Follow @7timesaz