Aktual

Lavrovun çıxışına, səviyyəsinə baxın… – Podolyak

Lavrovun çıxışına, səviyyəsinə baxın… – Podolyakbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın siyasi rəhbərliyi dünyanı adekvat şəkildə dərk etmir, bunlar “intellektual sıfırlardır”.

Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“İnanıram ki, qarşınızda adekvat bir adam otursa, istənilən məsələni siyasi və diplomatik yolla həll etmək olar. Amma təəssüflər olsun ki, amansız müharibə artıq 80 gündür ki, davam edir (artıq 81 gündür – red.), Rusiyanın siyasi rəhbərliyinin obyektiv mənzərəsi var, amma yenə də etdiklərini qeyri-adekvat qiymətləndirir. Lavrovun çıxışlarına baxın, onların səviyyəsinə baxın. Bunlar intellektual sıfırlardır, mənfi zəkaya malik insanlardır. Onlarla bir şey haqqında necə danışmaq olar? Bu mümkün deyil”, – Podolyak qeyd edib