Gündəm

Lənkəranda evdən 15 min manat oğurlanıb

Lənkəranda evdən 15 min manat oğurlanıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəranda 3 evdən pul və qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyatlar nəticəsində K.Zəbiyevin 2 ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini Ə.Əliyev saxlanılıb. Araşdırmalarla onun 2 evdən ümumilikdə 4630 manat pul və 2090 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən olunub.

Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 15.000 manat pul oğurlamaqda şübhəli bilinən Lənkəran sakini, əvvəllər məhkum olunmuş Z.Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.