Ölkə

Lənkəranskinin üzr istədiyi qanuni oğru ilə bağlı şok faktlar

Lənkəranskinin üzr istədiyi qanuni oğru ilə bağlı şok faktlarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vaqif Diplomat” ləqəbi ilə tanınan kriminal avtoritet Vaqif Süleymanov uzun müddətdir Rusiyada, xüsusilə də Moskva vilayətində “Azərbaycan mafiyası”nın ən tanınmış və nüfuzlu liderlərindən biri hesab olunur.

7Times.az Publika.az-a istinadən xəbər verir ki, 2001-ci ildə taclandırılan Vaqif Süleymanov biznes və ticarət sahəsindəki fəaliyyəti ilə də tanınır.

Vaqif Mədət oğlu Süleymanov 1965-ci il avqustun 15-də Gürcüstanda anadan olub, uşaqlığı orada keçib. Rusiya mediası onun ya Tiflis, ya da Marneulidə dünyaya gəldiyini yazır. Vaqifin 7-8 yaşı olanda ailəsi Bakıya köçüb və xeyli müddət burada yaşayıb.

Sovet İttifaqı dağılandan sonra Rusiyaya köçən və uzun müddət Moskvada yaşayan Süleymanovun Özbəkistan pasportunun olduğu vəbu sənədin heç də saxta olmadığı barədə məlumat var. Qanuni oğruların qaydalarına görə, kriminal avtoritetlərə doğulduğu yerə, uzun müddət yaşadıqları yerlərə uyğun, yaxud fəaliyyətlərinə görə bağlı olduqları bölgənin, şəhərin şərəfinə ləqəblər verilir. Bu mənada Vaqifi Tiflis, Bakı, hətta Lənkəran oğrusu adlandırırlar (Lənkəran Vaqifin heç vaxt yaşamadığı, fəqət yəqin qohumluq əlaqəsi olan şəhərdir). Amma V.Süleymanovun başqa təxəllüsü də var və bu, yer və toponimlə bağlı deyil. Çox güman ki, şəxsi xüsusiyyətlərinə görə ona “Vaqif Diplomat” adı verilib.

Vaqif Süleymanovun həyatının Bakı dövrü barədə çox az şey məlumdur. Təsdiq olunmayan məlumata görə, o, hələ cavan ikən həbsxanaya düşsə də, azadlığa çıxandan sonra Bakıya qayıdıb. Onun “tacqoyma mərasimində” Nardaranlı Mirseymur, Sabirabadlı Hikmət, Çingiz Sedoy, Masallı Mamed, Qoca iştirak ediblər. Vaqif Bakinski Rusiyada cinayət yoluna digər oğrular – Asiya və ya Qafqazdan olan mühacirlər kimi başlayıb: Ded Xasanın (Aslan Usoyan) himayəsi altında. O, öldürüləndən sonra Vaqif Şakro Molodoyun (Zaxari Kalaşov) tərəfini tutub və onun himayəsinə keçib. Amma Vaqif kiməsə tamamilə tabe olan “vassal” deyildi. O, öz qrupunu (Rusiyada fəaliyyət göstərən 4 böyük azərbaycanlı klandan biri) yaradır və işlərin çoxunu şəxsi adından və şəxsi maraqları naminə görür. Vaqif Diplomatın həbsi və məhkumluğu, törətdiyi cinayətlərin sayı, çəkdiyi həbs müddətlərinin dəqiq siyahısı yoxdur. 2006-cı ildə Moskvada üzərinə baxış zamanı 33 qram həşiş aşkar edilərək saxlanılıb. Xakasiyada ümumi rejimli cəzaçəkmə müəssisəsində 3 il 6 ay dustaqlıq həyatı yaşayıb. 2013-cü ilin noyabrında yenidən saxlanılıb, boynuna daha ağır maddəqoyulub. Vaqif Bakinski 3 əlaltısı ilə moskvalı biznesmendən külli miqdarda pul alıb və həmin məbləği köçürərkən saxlanılıblar. Sahibkar pulun ondan zorla alındığını etiraf edib. Lakin Süleymanov dəmir barmaqlıqlar arxasında uzun müddət qalmayıb.

Bu kriminal avtoritetin ən əsas gəlir mənbəyi və praktiki olaraq aşkar fəaliyyət sahəsi göyərtilərin topdansatışına “çətirlik” etməsidir. Bu dinc biznes əslində Moskvada cinayətlə sıx bağlıdır. Vaqif Süleymanov təkcə xırda alverçiləri “qorumayıb”,həm də daha böyük miqyaslı qanuni oğurluqla məşğul olub. O, müxtəlif “kölgə” biznesmenlərin pullarının “yuyulmasından” da gəlir əldə edir. Bu sistem (Moskvada bu sistemə Vaqif Diplomatın rəhbərlik etdiyi deyilir) belə işləyir: İş adamı “kassirlərə” külli miqdarda nağd pul paylayır. Onlar isə həmin məbləği bank hesablarına elə köçürməlidirlər ki, maliyyə vəsaitinin qanuni şəkildə əldə olunduğu şübhə doğurmasın. Amma Vaqif Süleymanovun dəstəsi “saxta nağdlaşdırma” ilə məşğuldur, yəni iş adamlarının köçürdüyü bütün nağd pullar onlarda qalır. Heç kim bank hesabına vəsait köçürmür, əməliyyatı aparmalı olan namizədlər yoxa çıxır. Məlum səbəblərə görə “kölgə biznesmenləri” hüquq-mühafizə orqanlarına müraciət etməkdən çəkinir, çünki köçürülən vəsaitlərin mənbəyi ilə bağlı sualların yaranacağından ehtiyatlanırlar.

Hazırda Vaqif Süleymanov azadlıqdadır, şəffaf bizneslə məşğuldur və bu sahədə nüfuzlu şəxs sayılır. O, həm də 2016-cı ildə qətlə yetirilən Rövşən Caniyevlə (Lənkəranski) aralarında yaranmış məşhur münaqişəyə görə də tanınır. Həmin anlaşılmazlıq hələ Aslan Usoyanın sağlığında baş verib. Məlumata görə, 2010-cu ilin yazında “VaqifDiplomat”la Rövşən Lənkəranski arasında səbəbi bəlli olmayan münaqişə başlayıb. İddialara görə, həbsdə olan Vaqifin Lənkəranski ilə telefon söhbəti gərgin keçib, bir-birinə qarşı xoşagəlməz ifadələr işlədiblər. Söhbət o həddə çatıb ki, Canıyev onu vuracağını deyib. V.Süleymanov tezliklə həbsdən buraxılıb və onlar 2010-cu ilin avqustunda münasibətlərini aydınlaşdırmaq üçün “sxodka”ya toplaşıblar. Rövşən Lənkəranski tərəfdən söhbətə Cemal Mikeladze də (“Cemo” bir neçə il bundan əvvəl vəfat edib) qoşulub. Vaqifisə görüşə “Ded Xasan”ı təmsil edən Vasi Voskreslə gəlib. “Sxodka” məhz Cemo söz alandan sonra davaya çevrilib. Onun azərbaycanlı qanuni oğruya iradına “Vaqif Diplomat” adekvat cavab verib. Cemo Vaqifi vurmaq istəyərkən özü zərbə alıb. Bu “sxodka” Rusiyanın kriminal dairələrində dərhal ciddi müzakirə mövzusuna çevrilib. Deyilənlərə görə, nəticədə Lənkəranski və Cemo bu hərəkətə görə V.Süleymanovdan üzr istəyiblər.

Qanuni oğru Nadir Səlifov (Quli) azadlığa çıxandan sonra Vaqif Süleymanov onun dəstəsinə qoşulub. 3 il öncə Rusiya saytları yazırdı ki, 2019-cu ilin fevralında Moskvanın Peçatniki rayonu Kuryanova küçəsi – 28 ünvanındakı “Neolit” kafesində dava baş verəndə mer Sergey Sobyanin bərk narahat olub. Azərbaycanlı iş adamı Yaşar Əliyevə məxsus restoranda Valentin günü münasibətilə xeyli sayda müştəri olub. Kənardan bura gələn çeçen mənşəli şəxslər kafedəki müştəriləri bayıra çıxartdıqdan sonra əllərində bıçaq və travmatik tapança ilə içəri daxil olublar. Davada təqribən 70-100 nəfər iştirak edib. Buradakı silahlı qarşıdurma rayonun başqa yerlərində də davam edib. Çeçenlər azərbaycanlıların maşınlarını atəşə tutublar. Kafe ilə yanaşı, obyektin sahibi Yaşar Əliyevin avtomobilinə də ciddi zərər dəyib dəyib. Bundan sonra azərbaycanlılar çeçenlərə qarşı birləşib və şəhərdə ciddi gərginlik yaranıb. Rusiya saytları iddia edir ki, məhz Sobyaninin narahatlığı azərbaycanlı qanuni oğruya çatdırılıb. Vaqif məsələyə müdaxilə edib və azərbaycanlıları sakitləşdirib. Bundan sonra isə qanuni oğru Rusiya paytaxtında toxunulmazlıq statusu alıb.