İdman

“Liverpul” “Marsel”in Endo üçün 14 milyon avroluq təklifini rədd edib

“Liverpul” “Marsel”in Endo üçün 14 milyon avroluq təklifini rədd edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Liverpul” “Marsel”in yaponiyalı yarımmüdafiəçi Vataru Endo üçün təklifini rədd edib.

7Times.az xəbər verir ki, bu barədə jurnalist Ceyms Pirs “The Athletic”də yazıb.

“Liverpul” “Marsel”in yarımmüdafiəçi Vataru Endo üçün göndərdiyi 14 milyon avroluq (11,8 milyon funt sterlinq) təklifini rədd edib”, – jurnalist bildirib.

Onun sözlərinə görə, “provansallılar”ın Bundesliqa təmsilçilərinin də maraqlandığı futbolçuya görə “qırmızılar” üçün başqa təkliflə gələcəyi naməlumdur.

Pirs “Liverpul”un Endonun keçidində maraqlı olmadığını vurğulayaraq buna səbəb kimi 31 yaşlı futbolçunu əvəzləmək üçün bazar imkanlarının olmaması və Arne Slotun komandasının ehtiyaclarını göstərib.

Qeyd edək ki, ötən mövsümün ərəfəsində Vataru Endo Yürgen Kloppun “Liverpul”una qoşulub. Mersisayd təmsilçisinin gənc sayılmayan idmançı üçün “Ştutqart”a 16,2 milyon funt sterlinq ödəməsi müzakirələrə yol açsa da, yaponiyalı dayaq yarımmüdafiəçisi almaniyalı mütəxəssisin etibarını qazanıb və ümumilikdə 43 dəfə meydana çıxıb.

Xatırladaq ki, iyulun 26-da (Bakı vaxtı ilə iyulun 27-də) “Liverpul” niderlandlı baş məşqçi Arne Slotun rəhbərliyi altında ilk çıxdığı matçda İspaniyanın “Real Betis”ini minimal hesabla məğlub etmişdi. Vataru Endo həmin oyunda əsas heyətdə meydana çıxıb.