Avqustun 20-i gecə Antalyada qətlə yetirilən “qanuni oğru” Nadir Səlifov (Lotu Quli) ilə bağlı yeni iddialar ortaya çıxıb.
7times.az xəbər verir ki, kriminalist Mixail İqnatov cinayətin Rusiyadakı bazar və ticarət mərkəzlərinə nəzarət uğrunda mübarizənin nəticəsi olduğunu deyib. Onun fikrincə, qətl azərbaycanlı və çeçen qruplaşmalarının bazara nəzarət uğrunda mübarizəsinin nəticəsidir.
“Azərbaycanlı cinayətkar qruplaşmalar başqa ölkələrdə meyvə, tərəvəz və göyərti satan soydaşlarına nəzarət edirlər. Cəfəri, sarımsaq və s. göyərti məhsullarından 200-300% gəlir əldə etmək olur. Bu narkoticarətdən gələn gəlirlərlə müqayisə oluna bilər. “Lotu Quli” çeçen qruplaşmaları ilə “Fud Siti”, “Dörd mövsüm” və s. topdan satış mərkəzləri və bazarlara nəzarət uğrunda mübarizə aparıb. Hər ay yüz milyonlarla dollar gəlir gətirən bu sahələr 2014-2015-ci ildən gedən müharibənin əsas səbəbidir”.
Modern.az
Follow @7timesaz