Bu yay PSJ ilə anlaşan ispaniyalı baş məşqçi Luis Enrike klubdan ayrılmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, şok informasiyanı “Marca” yayıb.
Məlumatda buna səbəb kimi hücumçu Kilian Mbappenin klubla müqaviləsini yeniləmək istəməməsi göstərilib. Baş məşqçi parislilərin ulduz forvardı saxlaya bilməməsindən narazıdır.
PSJ Enrikenin gedişi ilə bağlı yayılan məlumatları təkzib edib. “Bugünkü söz-söhbətlər tamamilə yersiz olduğu qədər də gülüncdür. Tamamilə cəfəngiyatdır” – Tanınmış insayder Fabritsio Romano adını çəkmədiyi PSJ nümayəndəsindən sitatı bu şəkildə çatdırıb.