Xəbər verdiyimiz kimi, bu gün keçirilən KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasında Ermənistan Baş naziri Nikol Paşinyanın istəklərinə Belarus lideri Aleksandr Lukaşenko sərt cavab verib.
7Times.az xəbər verir ki, Lukaşenko deyib:
“Siz (Paşinyana müraciət edir) bizim qarşımızda iki məsələni qoymusunuz. Oxuyuram, birincisi: Hadisənin qiymətləndirilməsi və KTMT-nin mövqeyi. Siz tələb edirsiniz ki, biz öz mövqeyimizi müəyyənləşdirək. Necə yəni, siz məgər bizim mövqeyimizi bilmirsiniz? Biz istəyirik ki, iki qonşu ölkə arasında konflikt sülh yolu ilə nizamlansın. İkinci məsələ: “Ermənistanın ərazi bütövlüyünü bərpa etmək üçün mənə yol xəritəsi verin”. Hansı yol xəritəsi? Mən dərhal sizə cavab verirəm: İlham Əliyevlə oturun, lazım gəlsə, Rusiya Prezidentindən xahiş edin, qərar qəbul edin. Bu gün qərar verməsəniz, daha pis olacaq, siz bunu bilirsiniz. Bizə konflikt lazım deyil! Budur, sizin qoyduğunu iki məsələ çox qəribədir, Nikol Volfoviç…”
Qeyd edək ki, Lukaşenkonun çıxışı zamanı Nikol Paşinyanın qızardığı və pərt olduğu açıq-aydın görünür.
Follow @7timesaz