Macarıstan Avropa İttifaqının Ukrayna Silahlı Qüvvələrinə 20 milyard avroluq dəstək planına qarşıdır.
“Report” xəbər verir ki, bunu “Politico” nəşri yazıb.
Məlumata görə, Avropa İttifaqının xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşü zamanı Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Ukrayna Macarıstanın OTP bankını “müharibə sponsorları” siyahısından çıxarmayana qədər rəsmi Budapeşt fonda dəstək üçün vəsait ayırmayacaq.
Qeyd edək ki, Aİ liderlərin növbəti görüşünün keçiriləcəyi oktyabr ayına qədər sazişin şərtlərini yekunlaşdırmağı planlaşdırır.
Follow @7timesaz