Dünya

Makron hərəkətə keçdi: Ukrayna üçün görün nə edəcək

Makron hərəkətə keçdi: Ukrayna üçün görün nə edəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə martın 27-də Fransa Ukrayna ilə bağlı yeni sammitə ev sahibliyi edəcək.

7Times.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.

“Makron Ukrayna və Avropada təhlükəsizliyi müzakirə etmək üçün martın 27-də bir qrup Avropa liderini qəbul etməyi planlaşdırır”, – nəşr rəsmilərə istinadən qeyd edib.

Bildirilir ki, gələn həftə Avropa ölkələri və Vladimir Zelenskinin iştirakı ilə Ukrayna məsələsi ilə bağlı görüşün keçiriləcəyini açıqlayan Fransa prezidenti bunları deyib:

“Tədbir zamanı Ukrayna ordusuna qısamüddətli dəstək, Rusiyanın işğalının qarşısını almaq üçün Ukrayna ordusunun dayanıqlı və uzunmüddətli modelinin qorunması, daha sonra isə təhlükəsizlik təminatları üzərində iş tamamlanacaq”.

Publika.az