Aktual

Makron Qərbi Rusiyaya güzəşt etməməyə çağırdı

Makron Qərbi Rusiyaya güzəşt etməməyə çağırdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron Qərb dövlətlərini Rusiyaya qarşı zəiflik nümayiş etdirməməyə və ona güzəştə getməməyə çağırıb.

7Times.az  xəbər verir ki, Makron bunu avqustun 23-də “Krım platforması”nın ikinci sammitində onlayn çıxışı zamanı deyib.

“Rusiya üzərinə götürdüyü öhdəliklərə baxmayaraq, öz seçimini etdi… Biz heç bir zəiflik, heç bir güzəşt ruhu nümayiş etdirməməliyik, çünki söhbət hamı üçün azadlıqdan, dünyanın hər yerində sülhdən gedir”, – deyə Makron bildirib.

Fransa lideri həmçinin Kiyevi uzunmüddətli dəstəkləməyin vacibliyini qeyd edib.