Siyasət

“Makronun bu addımı şübhə doğuran məsələdir” – Rəsul Quliyev

“Makronun bu addımı şübhə doğuran məsələdir” – Rəsul Quliyevbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən gün Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilib.
7times.az xəbər verir ki, Sfera.az-ın məlumatına görə, bununla bağlı danışan sabiq spiker Rəsul Quliyev bildirib ki, Azərbaycan və  Ermənistanın öz aralarında bütün məsələləri müzakirə edib müəyyən razılıqlar əldə etməsindən sonra, Fransa prezidentinin yenidən onun iştirakı ilə görüş təşkil etməsi şübhə doğuran məsələdir:
“Fikrimcə, bu görüşün əsas təşkilatçısı Rusiya prezidenti Putindir. Brüssel görüşləri qabağı Makron və Putin Qarabağ məsələsini müzakirə etmişdilər. Makron fransızdır, yəni özündən müştəbeh adamdır. Dünya siyasətində çox böyük rolu olduğuna inanır. Fransız liderləri həmişə özündən müştəbeh olublar. Bu ölkənin yeganə bir normal lideri olub – o da Napaleondur. Digər tərəfdən Putin Makronun zəif damarını tutub. Ona Almaniya kansleri Angela Merkel gedəndən sonra “Avropanın rəhbəri sənsən, Avropa İttifaqı səninlə razılaşdırımamış heç bir qərar qəbul etməməlidir”, deməklə belə ağılsız hərəkətə yönəldib”.
R.Quliyev qeyd edib ki, Makron həmçinin Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanla düşməndir və çox asanlıqla erməni-türk sazişini pozmağa ümid edir:
“Lakin prezident İlham Əliyev Makrona Putinin tapşırığını yerinə yetirməyə imkan verməyəcək.Ümid edirəm ki, Paşinyan da Emmanuelin pozuculuq siyasətinə qulaq asmayacaq”.