İdman

Martines Fransaya məğlubiyyəti şərh etdi

Martines Fransaya məğlubiyyəti şərh etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines AÇ-2024-ün 1/4 finalında Fransaya məğlubiyyəti şərh edib.

7Times.az xəbər verir ki, “Record” onun dediklərini belə təqdim edib:

“Bu, kədərli bir an idi, oyunçularım mübarizə apardılar, üzərində işlədiyimiz hər şeyi etdilər. Azarkeşlərimiz də qələbəni qeyd etməyə layiq idilər, amma bacara bilmədik. Biz hər şeyimizi verdik, amma alınmadı.

Biz topa sahib olmaqda yaxşı idik, birəbir mübarizələrdə də güclü idik və bundan istifadə edərək yaxşı müdafiə olunduq, üstəlik çoxlu şanslar yaratdıq. Amma məsələ onda idi ki, qol vura bilmədik. Bu, ədalətsizlikdir. Hətta deyərdim ki, komanda işi baxımından ən yaxşı matçım idi. Oyundan sonra paltardəyişmə otağında emosional anlar yaşandı… Futbolçularımız bu təcrübə sayəsində yetişəcək. Belə oyunu yenə qürurla və səbirsizliklə gözləmək olar”.

Qeyd edək ki, Fransa ilə Portuqaliya arasında keçirilən görüşün əsas və əlavə vaxtında hesab açılmayıb (0:0). Penaltilərdə fransızlara 3:5 uduzan Portuqaliya mübarizəni dayandırıb.

Fanat.Az