Masallı rayonu ərazisində, ticarət mərkəzində güclü yanğın başlayıb.
Bu barədə məlumat BAKU.WS-in “qaynar xətti”nə daxil olub.
Bildirilir ki, hadisə yerinə xeyli sayda yanğınsöndürmə briqadası cəlb edilib. Yanğının söndürülməsi istiqamətində işlər aparılır.
Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə bildirilib ki, FHN-nin “112” qaynar telefon xəttinə Masallı şəhərində bazar ərazisində mağazada yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Hadisə yerindən görüntüləri təqdim edirik: