Ölkə

MEDİA-dan sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ

MEDİA-dan sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi açıqlama yayıb.

 

7Times.az  xəbər verir ki, agentlik dezinformasiyaların yayılmasının hüquqi məsuliyyət yaratdığını xatırladaraq sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb.

 

“Sosial şəbəkə seqmentində cəmiyyətdə tanınmış şəxslər barədə, xüsusən də onların şəxsi həyatına dair dəqiqləşdirilməmiş məlumatların yayılması ictimaiyyət tərəfindən narazılıqla qarşılanır və eyni zamanda, birmənalı qəbul olunmur.

 

Sosial şəbəkə fəalları insanların şəxsi həyatına müdaxilə kimi qiymətləndirilə biləcək və ictimaiyyəti çaşdıracaq paylaşımlar etməməli, həmçinin davranışlarını təmsil olunduqları sosial şəbəkənin etik qaydalarına uyğun tənzimləməli, yalan, dezinformasiya xarakterli məlumatların yayılmasından çəkinməlidirlər.

 

Qeyd etməliyik ki, ümumiyyətlə son dövrlər peşəkar media subyektləri və jurnalistlər sosial mediada yayılan bu qəbildən olan məlumatlara jurnalistika prinsipləri baxımından yanaşaraq peşəkar davranış nümayiş etdirməkdədirlər.

 

Qeyri-dəqiq, mənbəyi bilinməyən və ictimai fikri çaşdırmağa yönəlmiş dezinformasiyaların yayılmasının hüquqi məsuliyyət yaratdığını xatırladaraq sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa səsləyirik”, – məlumatda qeyd olunub.

 

Xatırladaq ki, bu gün səhər əməkdar artist Yusif Mustafayev ölüm xəbəri yayılmışdı. Müğənni isə açıqlama verərək yaxşı olduğunu bildirib:

 

“Salamatçılıqdır şükür Allaha, Cavanşir müəllimin yas mərasimindəyəm. Telefonlar susmur, hamı zəng edir. Ailəm, qohumlarım narahat olub. Eşitmisən, bir dəqiqləşdir də. Çox pis olmuşam. Anlaya bilmirəm ki, niyə bu insanlar bəd xəbəri xoşlayır?”