Dünya

Medvedev Putinə işləyən axmaq adamdır – TRAMP

Medvedev Putinə işləyən axmaq adamdır – TRAMPbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevi sərt tənqid edib.

7Times.az xəbər verir ki, Tramp onu “Putinə işləyən axmaq adam” adlandırıb.

O bildirib ki, ABŞ-a qarşı nüvə ilə hədələmək qəbuledilməzdir.

Tramp çıxışı zamanı generallar və admiral qarşısında ABŞ-nin Rusiya sahillərinə “bir və ya iki atom sualtı qayığı” göndərdiyini açıqlayıb. Onun sözlərinə görə, bu qərar “ehtiyat tədbiri” olaraq verilib. “Biz insanların “nüvə” sözünü sağa-sola saçmasına imkan verə bilmərik”, – deyə Tramp vurğulayıb.

Medvedev isə Trampın açıqlamasına sosial şəbəkədə cavab verib: “Qaranlıq otaqda qara pişiyi tapmaq çətindir, xüsusən də orada pişik yoxdursa”. O, ABŞ liderinin reaksiyasını “həddən artıq əsəbi” adlandırıb və Rusiyanın öz yolunda davam edəcəyini bildirib.

Modern.az