Kriminal

Mehmet Ali Erbilə 7 ildən çox HƏBS İSTƏNİLDİ

Mehmet Ali Erbilə 7 ildən çox həbs istənildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni və fenomen Ece Ronay Bilirə təcavüz və təhqir etdiyi iddiası ilə mühakimə olunan Mehmet Ali Erbil növbəti dəfə hakim qarşısına çıxarılıb.

7Times.az xəbər verir ki, məhkəmədə təqib və hədə-qorxu ilə mühakimə olunan Erbilin 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi tələb edilib.

Prosesdə prokuror Mehmet Ali Erbilin Ronaya mesajlaşma zamanı “bu gecə yanında yatmaq istəyirəm” mesajı göndərərək cinsi təcavüz etdiyini bildirib. Ece Ronaydan mənfi cavab aldıqda isə Erbil bu dəfə onu təhqir edib.