Siyasət

Mehriban Əliyevadan bayram təbriki

Mehriban Əliyevadan bayram təbrikibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan xalqını və dünya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib. 

7Times.az  xəbər verir ki, Mehriban Əliyevanın rəsmi İnstaqram səhifəsində paylaşdığı təbrikdə deyilir:

“Əziz həmvətənlər!

Sizi və bütün dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu mübarək bayram günlərində sizin bütün xoş arzu və niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, gözəl əhval-ruhiyyə və bol sevincli anlar arzulayıram. Allah bütün dualarınızı və qurbanlarınızı qəbul etsin, bütün insanlara sağlıq və səadət, hər bir ölkəyə sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin! Xalqımızın Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarının xatirəsini ehtiramla yad edir, onların doğmalarına və yaxınlarına səbir diləyirəm. Uca Tanrı hər zaman dünyamızı qorusun!”.