Ölkə

Məktəblilərin tətil günləri dəyişdirildi

Məktəblilərin tətil günləri dəyişdirildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda məktəblilərin tətil günlərində dəyişiklik edilib

 

7Times.az  xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərara əsasən, tədris ilinin başlanması müddətlərini nəzərə alaraq, təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə, ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə payız tətili günlərindən 16-18 noyabr, qış tətili günlərindən 27, 28 yanvar tarixləri dərs günləri hesab edilib.

 

Bundan başqa ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə, eləcə də təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdə payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləri hesab edilib.