Dünya

Merkel “AstraZeneca” ilə peyvənd olundu

Merkel “AstraZeneca” ilə peyvənd olundubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Kansleri Angela Merkel “AstraZeneca” vaksini ilə ilk dəfə peyvənd olunub.

7times.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi sözçüsü Şteffen Zeybert açıqlama verib.

O, öz tvitter hesabında bildirib ki, Merkelə “AstraZeneca” peyvəndi vurulub. Bundan əlavə, paylaşımına Kanslerin vaksin sertifikatının şəklini də əlavə edib.

“Bu gün ilk “AstraZeneca” peyvəndimi aldığım üçün xoşbəxtəm. Peyvənd kampaniyasında iştirak edən və peyvəndlənən hər kəsə təşəkkür edirəm. Vaksinasiya pandemiyanı aradan qaldırmağın açarıdır”,- deyə Almaniya Kansleri bildirib.