Məşhur fransız iş adamı, siyasətçi və ictimai xadim Bernard Tapi 78 yaşında vəfat edib.
7times.az xarici KİV-ə istinadən xəbər verir ki, 2017 -ci ildən bəri Tapi mədə xərçəngi ilə mübarizə aparırdı. Son aylarda səhhəti pisləşmişdi.
Bernard Tapi Avropa Parlamentinin keçmiş deputatı olub. 1992-1993 -cü illərdə Marselin işlər naziri vəzifəsində çalışıb.
B.Tapi 1986-1994 -cü illərdə dörd dəfə Fransa çempionu olan və 1993 -cü ildə Çempionlar Liqasını qazanan “Marsel” futbol klubunun prezidenti vəzifəsində də çalışıb.
Follow @7timesaz