Ötən gün bütün dünyanın diqqəti Qətərdə baş tutan növbəti mundialın final matçında idi.
Milli.Az xəbər verir ki, Leonel Messili Argentina ilə Mbappeli Fransa millisi arasında keçirilən final oyununa Azərbaycanda da maraq bir xeyli olub.
Əlavə vaxtı 3:3 hesabı ilə bitən Dünya Kubokunun penaltilər seriyasında qalibi Argentina olub. Bu matçı Azərbaycandan da milyonlarla insan izləyib. Onlar arasında məşhur şəxslər olub, həmin şəxslər arasında qadınların da adına rast gəlmək mümkündür.
Belə xanım məşhurlardan biri Xalq artisti Brilliant Dadaşova olub. Argentinanın Fransa üzərində qələbə qazanaraq Dünya Kubokunu başı üzərinə qaldırmasına sevinən xanım sənətkar, Messinin komandasının zəfərini özünəməxsus qeyd edib.
B.Dadaşova sosial media hesabında bu qələbə münasibətilə “Qol-qol-qol. Bravo, Argentina. Makron yaman əziyyət çəkib, bütün oyunlara gəlirdi” şərhini yazaraq gülüş smayliki əlavə edib.
Bu da Xalq artistinin paylaşımı: