“İnter Mayami”nin argentinalı futbolçusu Lionel Messi “Trophy” mahnısına çəkilən klipdə rol alıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, mahnı puerto-rikalı müğənni Yandel Veguilla Malave tərəfindən ifa olunub.
Klipin sonuna doğru “İnter Mayami” formasında 36 yaşlı argentinalı komandanın ev stadionunda meydana çıxır və yeni komandası ilə ilk kubokunu, həmçinin karyerasının ən yüksək 44-cü titulunu Messi formasını geyinən Malaveyə təqdim edir.Video reperin əlində kubokla meydanın mərkəzində rəqs etməsi ilə bitir.