İdman

Messiyə bu geyim üçün 1 milyon dollarlıq TƏKLİF-FOTO

Messiyə bu geyim üçün 1 milyon dollarlıq TƏKLİF-FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentinanın super ulduzu Lionel Messiyə 2022-ci il dünya çempionatının finalında kubok mərasimində geyindiyi köynək üçün nəhəng təklif edilib.

 

Sfera.az-ın xarici mediaya istinadla xəbərinə görə, dünya çempionatının finalında Fransanı məğlub edərək çempionluq qazanan Argentina millisinin kapitanı Lionel Messiyə kubok mərasimində geyindiyi biştə (ərəblərin mühüm günlərdə istifadə etdiyi ənənəvi paltar) 1 milyon dollar təklif edilib.

 

Oman millət vəkili Əhməd Əl Barvani “Twitter” hesabından verdiyi açıqlamada deyib: “Cəngavərlik və müdrikliyin simvolu olan biştin bizdə qalması üçün Messiyə belə bir təklif etdik. Messi qəbul edərsə, biştini muzeydə sərgiləyəcəyik”.